Tehran və Vaşinqton arasında aparılan məsləhətləşmələr İranın ali dini lideri Əli Xameneinin təsdiqi və koordinasiyası ilə həyata keçirilir.
Bakupost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Prezident bildirib ki, danışıqlar ali rəhbərin razılığı və tam koordinasiyası ilə aparılır.
Pezeşkian həmçinin bu prosesin konkret nəticələrə gətirib çıxaracağına ümid etdiyini söyləyib.