İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bakupost yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
"İslam İnqilabının ali rəhbəri şəhid olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
"Tasnim" agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub.