İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İran ərazisi boyunca hərbi hədəflərə dəqiq zərbələr endirərək yeddi iranlı yüksəkvəzifəli şəxsi məhv edib.
Bakupost.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilənlər arasında Əli Xameneinin baş müşaviri Əli Şəmxani, İslam İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpur, İran Silahlı Qüvvələrinin kəşfiyyat rəisi və Baş Qərargahın yüksəkrütbəli zabiti Saleh Əsədi, ali liderin hərbi bürosunun rəhbəri Məhəmməd Şirazi, müdafiə naziri Əziz Nasirzadə, SPND (Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı) rəhbəri Hüseyn Cəbəl Əməliyan və nüvə silahı proqramı ilə əlaqəli keçmiş SPND rəhbəri Rza Mozaffari-Nia var.

i