Ru
09:03 / 01 Mart 2026

İranla danışıqlar daha asan olacaq - Tramp

İranla danışıqlar daha asan olacaq - Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələrdən sonra Vaşinqtonun Tehranla diplomatik razılaşmalara nail olmasının daha asan olacağını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə o, 28 fevral tarixində "CBS News" telekanalına müsahibəsində danışıb.

Tramp gələcəkdə İranla razılaşmaların mümkünlüyü barədə suala cavab verərkən bunun hazırda daha asan olacağını deyib. O, mövqeyini İranın çox güclü zərbələrə məruz qalması ilə izah edib.

"CBS News"un yazdığına görə, ABŞ lideri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını müharibə adlandırmaqdan imtina edib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar