Ru
14:08 / 28 Fevral 2026

İrana hücum nə vaxt təsdiqlənib?

İrana hücum nə vaxt təsdiqlənib?
Eye

İsrail və ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatı bir neçə həftə əvvəl təsdiqlənib.

Bakupost.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, tərəflər hücumdan əvvəl bir neçə ay ərzində birgə hazırlıq görüblər.

Məlumata görə, hücumun vaxtı ilə bağlı yekun qərar son anda deyil, daha əvvəl qəbul edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını elan edib. İsrailin “12-ci kanal”ının məlumatına görə, hücumlar İran rəhbərliyinin bütün üzvlərini hədəf alıb.

Məlumat üçün bildirək ki, əməliyyatda ABŞ ordusu da iştirak edir. Prezident Donald Tramp “Truth Social” platformasında yayımladığı müraciətdə Amerika və İsrailin İrana hücumlarını rəsmi Tehranın nüvə ambisiyalarından əl çəkməməsi ilə əlaqələndirərək, Vaşinqtonun “səbrinin tükəndiyini” vurğulayıb.

İran tərəfi isə hücumdan dərhal sonra ölkədə xüsusi böhran mərkəzinin yaradıldığını bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar