Ru
22:40 / 10 Oktyabr 2025

İranda 1 il ərzində edam edilənlərin - SAYI

İranda 1 il ərzində edam edilənlərin - SAYI
Eye

2024-cü il oktyabrın 10-dan 2025-ci il oktyabrın 8-dək İran həbsxanalarında 1 537 məhbus edam edilib.

Bakupost.az xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, bu göstərici əvvəlki illə müqayisədə 86% çoxdur. Məlumata görə edamların 94%-i gizli şəkildə həyata keçirilib.

Qeyd olunan müddət ərzində yetkinlik yaşına çatmamış 3 məhbus və 49 qadın dar ağacından asılıb, 8 məhbus ictimaiyyətin gözü qarşısında edam edilib.

Edamların 48.3 faizi narkotik qaçaqmalçılığı, 43.5 faizi isə adam öldürməklə bağlı olub. Ən çox edam hökmünün icra olunduğu 3 əyalət Əlborz, İsfahan və Fars əyalətləri olub.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi şəxsiyyəti dəqiqləşdirilən edam edilənlərin sayı 1 106 nəfərə çatıb, onlardan 30-u qadındır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar