İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində yerləşən Ədliyyə İdarəsinin binasına edilən silahlı hücumun görüntülər paylaşılıb.
Bakupost.az bu barədə ISNA agentliyinə istinadən məlumat yayıb.
Silahlı hücum nəticəsində azı doqquz nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yerli mənbələrin verdiyi məlumata görə, ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
Hücuma görə məsuliyyəti "Ceyş ul-Ədl" adlı silahlı qruplaşma öz üzərinə götürüb. Bu qruplaşma daha əvvəl də İranın cənub-şərqində təhlükəsizlik qüvvələrinə qarşı oxşar silahlı aksiyalar həyata keçirməsi ilə tanınır.