Ru
17:06 / 10 Dekabr 2025

İranda silahlı hücum – SEPAH zabitləri öldürüldü

İranda silahlı hücum – SEPAH zabitləri öldürüldü
Eye

İranın cənub şərqində, Sistan-Bəlucistan əyalətinin paytaxtı Zahidan yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtomobilə silahlı hücum edilib.

Bakupost.az “Halvəş” Teleqram kanalına istinadən xəbər verir ki,
avtomobildə olan zabitlər atəşə tutulub. Nəticədə hücum zamanı bölgədə fəaliyyət göstərən əməliyyat bölməsinin komandiri də daxil olmaqla 3 SEPAH zabiti öldürülüb

Hücumu törədənlərin kimliyi və itkilərin yekun sayı hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Hadisənin ardından bölgədə axtarış-əməliyyat tədbirləri başlayıb. Bununla belə, hücumda əvvəlki oxşar hadisələrdə adı hallanan“Jaish al-Adl” silahlı qrupu şübhəli hesab olunur.

Zahidan və bütövlükdə Sistan-Bəlucistan bölgəsində son aylarda polislər, məhkəmə binaları və təhlükəsizlik qüvvələrinə bu cür silahlı hücumlar tez-tez baş verir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar