Qərb Rusiyada etdiyi kimi, İrandakı narazı kütlənin vasitəsi ilə ölkəyə təsir etməyə çalışır.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Andrey Klimov bildirib.
Onun sözlərinə görə, İran cəmiyyəti illərlə davam edən sanksiyalardan yorulub.
"Qərb Rusiyada olduğu kimi, Mərkəzi Kəşfiyyat İdarəsinin şablonlarından və təqlidlərindən istifadə edərək narazılar üzərində iş qurmağa çalışır. Məqsəd İranda rejim dəyişikliyidir", - senator hesab edir.
Klimov qeyd edib ki, hər şey o qədər də sadə olmayacaq: "Hər şeyin Ukrayna ssenarisi ilə getməsi ehtimalı var. Daha yeni bir nümunə İraqdır, burada ABŞ heç vaxt özünə sadiq və hətta hakimiyyəti saxlaya bilən bir hökumət yarada bilməyib".
Onun fikrincə, vəziyyəti yalnız digər Yaxın Şərq ölkələri həll edə bilər. "Əgər İranın qonşuları ona təzyiq göstərsələr, ABŞ-a kompromisə gedə bilər. Görünür, Tramp məhz bunu istəyir", - deyə senator fikrini yekunlaşdırıb.