İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin təhdidləri və müdaxilələri davam etdiyi müddətdə Hörmüz boğazının açılmayacağını bəyan edib.
“Bakupost” xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-ın yazılı açıqlamasına istinadən məlumat yayıb.
Açıqlamada bildirilib ki, Hörmüz boğazı İranın nəzarətindədir və ABŞ-nin “təhdidləri və regional dəniz nəqliyyatına müdaxilələri” davam etdiyi müddətdə boğaz yenidən açılmayacaq. Qeyd olunub ki, mövcud vəziyyət davam edərsə, şərait daha da gərginləşə bilər.
SEPAH həmçinin ABŞ-ni dəstəkləyən ölkələrə xəbərdarlıq edərək, mövqelərini dəyişməyəcəkləri təqdirdə “sərt cavabla” üzləşəcəklərini bildirib.
Vüsalə Hüseynova,
BakuPost