Ru
22:11 / 01 İyun 2026

İrandan İsrail sakinlərin ÇAĞIRIŞ: Tərk edin!

İrandan İsrail sakinlərin ÇAĞIRIŞ: Tərk edin!
Eye

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı İsrail sakinlərini, əgər yəhudi dövləti Livanın Beyrut şəhərinə zərbələr endirərsə, ölkənin şimalını tərk etməyə çağırıb.


Bakupost.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

"İsrailin Baş naziri Benyamin Netanyahu Dahiya və Beyruta zərbələr endirəcəyi ilə hədələyib və oranın sakinləri üçün təxliyə xəbərdarlığı elan edib.

İsrail tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulması ilə əlaqədar xəbərdarlıq edirik: əgər bu təhdid reallaşarsa, şimal rayonlarının və işğal olunmuş ərazilərdəki hərbi məskunlaşma məntəqələrinin sakinləri təhlükəyə məruz qalmaq və xəsarət almaq istəmirlərsə, bu əraziləri tərk etməlidirlər", - deyə bəyanatda bildirilir.

Daha əvvəl İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən İran danışıqlar prosesi çərçivəsində ABŞ ilə mesaj mübadiləsini dayandırır.

Məlumata görə, Tehran İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılmayana və zərbələr dayandırılmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar