Ru
14:03 / 06 Mart 2026

İranın aktivləri donduruldu – BƏƏ-dən Tehrana zərbə

İranın aktivləri donduruldu – BƏƏ-dən Tehrana zərbə
Eye

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədə saxlanılan İranın milyardlarla dollarlıq aktivlərini dondurmağı müzakirə edir.

Bakupost.az “The Wall Street Journal” qızetinə istinadın xəbər verir ki, bu addım Tehranın regiondakı hərbi və iqtisadi fəaliyyətlərinə cavab olaraq nəzərdə tutulur.

BƏƏ hakimiyyəti müxtəlif tədbirləri nəzərdən keçirir. Bunlara ölkədə fəaliyyət göstərən “kölgə” şirkətlərin aktivlərinin dondurulması, valyuta mübadilə məntəqələrinin geniş yoxlanılması və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı hesabların hədəflənməsi daxildir. Məqsəd rəsmi bank sistemindən kənar maliyyə köçürmələrinə nəzarəti gücləndirməkdir.

Rəsmi şəxslər Tehranı bu barədə qeyri-rəsmi xəbərdar edib, lakin qərarın nə vaxt qəbul olunacağı və ya ümumiyyətlə qəbul ediləcəyi hələlik məlum deyil.

Son aylarda ABŞ maliyyə rəsmiləri İran rəhbərliyinin, daha konkret Müctəba Xameneinin böyük məbləğdə vəsaiti ölkədən çıxardığını açıqlamışdı. ABŞ Maliyyə Nazirliyinə bildirmişdi ki, İran liderləri son dövrlərdə külli miqdarda pul vəsaitini Dubaydakı beynəlxalq maliyyə mərkəzlərinə köçürüb. Yalnız bir hesabda təxminən 1,5 milyard dollar məbləğdə aktivin Dubaya göndərildiyi bildirilir. Bu məbləğə İranın ali liderinin yaxın dairəsinin də daxil olması barədə məlumatlar yayılıb ki, bu da Tehranın daxilindəki iqtisadi narahatlıqlar fonunda pul axınının xaricə yönəldiyini göstərir.

Ekspertlər bildirir ki, belə bir addım İranın xarici valyuta çıxışını və beynəlxalq ticarət imkanlarını məhdudlaşdıra, regionda iqtisadi və siyasi gərginliyi artırmaq potensialına malikdir. BƏƏ uzun illər İran üçün vacib maliyyə və ticarət qapısı rolunu oynayıb və aktivlərin dondurulması Tehran üçün ciddi iqtisadi zərbə sayıla bilər.


Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar