Ru
09:17 / 10 Aprel 2026

İranın Ali lideri Körfəz ölkələrinə müraciət etdi

İranın Ali lideri Körfəz ölkələrinə müraciət etdi
Eye

İranın yeni Ali lideri Müctəba Xameneyi Fars körfəzi ölkələrinə müraciət edərək region qonşularını “düzgün tərəfi seçməyə” çağırıb.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Dövlət televiziyasının diktoru tərəfindən oxunan bəyanatda deyilir ki, ölkəyə hücum edən cinayətkar təcavüzkarlar rahat buraxılmayacaq və hər kəs bunu bilməlidir.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, ölkə rəhbərliyi İslam Respublikasına artıq zərbələr endirilməməsi şərti ilə Amerika Birləşmiş Ştatları və İsrail ilə müharibəni bitirməyə hazırdır.

Aprelin 9-da İranın Ali lideri Müctəba Xameneyi İran xalqının ABŞ və İsrail ilə münaqişədə qələbə qazandığını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar