Bu gün İrəvanda silahlı şəxs bank filialına daxil olaraq xeyli miqdarda pulu oğurlayıb və hadisə yerindən qaçıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, oğurlanan məbləğ 1 milyon dramdan çoxdur (təxminən 2600 dollar).
Hadisə zamanı silahlı şəxsin Şinararner küçəsi 25 ünvanında yerləşən bank filialına boynunda lövhə ilə girdiyi bildirilir. Lövhədə belə mətn olub: “Əgər mənə pulumu verməsəniz, 20 saniyəyə partladacağam”.
Hadisə ilə bağlı istintaq aparılır, cinayətkarın axtarışları davam edir.