Ru
19:06 / 01 Dekabr 2025

İrəvandan açıqlama: Demarkasiya prosesində dəyişiklik...

İrəvandan açıqlama: Demarkasiya prosesində dəyişiklik...
Eye

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya istiqaməti dəyişməz olaraq qalır. Proses şimaldan - Ermənistan, Azərbaycan və Gürcüstanın sərhəd nöqtəsinin yaxınlığından başlayaraq, cənub istiqamətinə doğru davam edəcək.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə keçən həftəsonu Qəbələdə iki ölkənin sərhəd komissiyalarının görüşünün detalları barədə danışan Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan məlumat verib.

“Prinsip eyni olaraq qalır. Bu ilin yanvar ayında qərarlaşdırıldığı kimi, dəyişməz qalıb, amma əlbəttə, kommuniksiyaların (və ya nəqliyyat dəhlizlərinin) açılması ilə bağlı praktik zərurət yarana bilər. Əfər xatırlayırsınızsa, sentyabrda da Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının rəhbərləri qarşılıqlı olaraq görüşdülər və həmin sahələri araşdırdılar, yəni mümkün infrastrukturun keçəcəyi sahələrdə çox qısa hissələri delimitasiya etmək zərurəti yarana bilər ki, layihələndirmə və tikinti zamanı problemlər yaranmasın”, - o bildirib.

Artıq müəyyən edilmiş sahələrdə praktiki olaraq delimitasiya işlərinin nə vaxt başlayacağı ilə bağlı yerli Kİv-ə Xandanyan dəqiq tarix söyləməkdə çətinlik çəkib, amma əmin edib ki, artıq konkret işlər aparılır.

“Əhalinin sayı və sənədlər, xəritələrlə işləməkdən əlavə, sahədə tədqiqatlar aparmaq, dəqiqləşdirmələr etmək zərurəti olacaq və əlbəttə, hava şəraiti və digər amillər nəzərə alınaraq, mümkün qədər yaxın aylarda işlər davam edəcək. Dəqiq tarixi bu baxımdan deyə bilmərəm”.

Məlumata görə, sərhəd komissiyalarının növbəti görüşü Ermənistan ərazisində keçiriləcək, gün və yer hələ müəyyənləşməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar