Ru
21:34 / 12 Sentyabr 2025

İş xanımı ilə fitnesçinin 550 MİN MANATLIQ qalmaqalı böyüyür: Hidayət səsyazısı yaydı

İş xanımı ilə fitnesçinin 550 MİN MANATLIQ qalmaqalı böyüyür: Hidayət səsyazısı yaydı
Eye

İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyon manatdan çox pulunu ələ keçirdiyini iddia edib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, Hidayət Məhərrəmli isə iddiaları təkzib edib. O, iki ildir ki, iş xanımı ilə əlaqəsinin kəsildiyini yazıb.

Mövzu ilə bağlı özünün sosial şəbəkə hesabında video paylaşan Hidayət xanımla anlaşdığını, lakin qadının sonradan anlaşmanı pozduğunu bildirib.

Yayılan materialların onun şərəf və ləyaqətinin ləkələməyə yönəldiyini, səbəbini bilmədən insanları mühakimə etməmək lazım olduğunu qeyd edib.

Bildirib ki, o, 44 günlük müharibənin iştirakçısıdır və ölkəmizi beynəlxalq arenalarda təmsil edib:

"Mənə yaraşmaz ki, bir qadına qarşı zor və insanlığa yaraşmayan qeyri-etik hərəkətlər edim".

Qeyd edək ki, Ş.Yunusova məsələ ilə bağlı mediaya açıqlamasında H.Məhərrəmlinin yalan danışdığını sübut edən qeydiyyat möhürlərinin olduğunu bildirib:

"Bir neçə ay əvvələdək bir yerdə idik. Birlikdə xarici ölkələrə gedirdik. O məni aldadaraq biznes qurmaq və yüksək gəlir əldə etmək vədləri ilə 550 min manatımı alıb. Birlikdə 2024-25-ci illər ərzində Dubaya, Türkiyəyə və Afrika ölkələrinə səfərə getdik. Biz təkcə ötən ilin yayında Afrika turuna çıxmışdıq. Buna dair görüntülər onun səhifəsində də var, mənim də kifayət qədər fotolarım mövcuddur. Həmişə bütün xərclərini mən çəkmişəm. O, sadəcə, özünü quruya çıxarmağa çalışır, çünki bütün əməllərinin üstü tədricən açılır. Onunla münasibətimiz bu ilin fevralında kəsilib. Məni aldatdığını və pulları mənimsədiyini gördükdən sonra geri tələb edirdim. O isə məni hər dəfə şiddətli şəkildə döyürdü. Sosial şəbəkələrdə yayılan şəkillər bəzi şəxslərdə məsələ ilə bağlı aydın olmayan fikirlər yaradıb. Həmin şəkillərin çoxu xalamgildə, ya da rəfiqəmin evində çəkilib. Çünki Hidayət məni döydüyü üçün bədənim göyərirdi və ailə üzvlərim çox narahat olurdular. Hər dəfə bəhanə gətirirdim və başqa yerdə qalmaq qərarına gəlirdim. İşimdə də problemlər yaranırdı. Həm də Hidayət məni qardaşımla dəfələrlə şantaj edib, onun başına oyun açdıracağı ilə hədələyirdi. Bəzən isə məni aldadaraq pulları hissə-hissə qaytaracağını deyirdi. Bütün bu səbəblərdən gözləyirdim ki, məsələ həll olunar və polisə müraciət etmirdim. Bu insan cəmiyyət üçün təhlükəlidir və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır. Onun mənə yetirdiyi xəsarətlərin bəziləri və psixoloji zədələr ömürlük qalacaq. Xəsarətlərim tək fotolarda görünənlər deyil, başımda, gözümdə, daxili orqanlarımda o qədər zədələr var ki, hələ də ağrısını hiss edirəm. Məni qayışla o qədər döyüb, yerdə sürüyərək saçımı o qədər yolub ki, saçım topa-topa tökülüb", - şimayətçi bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar