Ru
22:59 / 12 Sentyabr 2025

"Traktor"dan MÖHTƏŞƏM QƏLƏBƏ: İlk oyunda böyük hesabla qalib gəldi

"Traktor"dan MÖHTƏŞƏM QƏLƏBƏ: İlk oyunda böyük hesabla qalib gəldi
Eye

Bonyan Dizel Stadionunda keçirilən oyunda “Traktor” “Alüminium Arak”ı 4:1 hesabı ilə məğlub edib.

Bakupost.az xəbər verir ki, Təbrizin “Traktor” klubu İran çempionatının ilk turunda doğma azarkeşləri önündə inamlı qələbə əldə edib.

Matçda xorvatiyalı hücumçu Domaqoy Drojdek het-trik edərək görüşün ən yaddaqalan futbolçusu olub. Komandanın yeni oyunçusu Reqqi Luşka isə “Traktor”un heyətində ilk qolunu vurub.

Qələbə sayəsində Təbriz təmsilçisi mövsümə uğurlu start verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar