Ru
23:16 / 12 Sentyabr 2025

İzmirdəki hücuma görə o yeniyetmənin valideynləri də saxlanıldı

İzmirdəki hücuma görə o yeniyetmənin valideynləri də saxlanıldı
Eye

İzmirin Balçova Polis İdarəsində 2 polisin ölümü, 3-nün yaralanması ilə nəticələnən hücumla əlaqədar daha 10 nəfər saxlanılıb.

Bakupost.az xəbər verir ki, saxlanılanlar arasında hücumu törətməkdə şübhəli bilinən 16 yaşlı Eren Bigülün valideynləri də var.

Xatırladaq ki, sentyabrın 8-də İzmirin Balçova bölgəsində polis bölməsinə silahlı basqın edilib. Nəticədə 2 polis həlak olub, ikisi polis olmaqla daha 3 nəfər isə yaralanıb.

Hadisəni törədən 16 yaşlı E.B. adlı şəxs isə yaralı halda saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar