Ru
22:00 / 12 Sentyabr 2025

Rusiya Azərbaycanda casus şəbəkəsi üçün 100 milyonlar ayırır: Nə etmək lazımdır?

Rusiya Azərbaycanda casus şəbəkəsi üçün 100 milyonlar ayırır: Nə etmək lazımdır?
Eye

Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu dərinləşdikçə dövlət hakimiyyəti zəifləyir və bunun nəticəsi olaraq məxfi informasiyaların yayılması artır. Putini Ukraynada müharibəni dayandırmağa və Kiyevlə sülh danışıqlarına başlamağa çağırmasının ardınca mövqeləri zəifləyən Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın kurasiya etdiyi xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsi ləğv edildikdən sonra Rusiyanın postsovet ölkələrində casus fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar sızmağa başlayıb.


Bakupost.az xəbər verir ki, bu sözləri Xaqani Cəfərli qeyd edib.


O vurğulayıb ki, həmin məlumatların birində hesabat xarakterli yazışmada Azərbaycanda Rusiyanın təsir agentləri şəbəkəsinin yaradılması üçün 100 milyon dollardan artıq pul xərcləndiyi qeyd edilir:

"Məlumatda qeyd edilir ki, təsir agentləri yaratmaq üçün Rusiya qonşu ölkələrin jurnalistləri ilə fəal iş aparıb. "The Insider"ə bununla bağlı məlumat verən ləğv edilmiş xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsinin keçmiş əməkdaşı redaksiyaya Rusiyanın təsir agenti kimi əməkdaşlığa cəlb edilmiş 136 jurnalist və blogerin adlarını da verib. "The Insider"in məlumatına görə, onların adlarının qarşısında belə qeydlər var:

“Maraqlıdır”, “işləmək”, “bizimki”, “axmaqlıq edib”, “çevrilib”, “yalnız pulla maraqlanan, işləmək”, “mitinqlərdə dava sala bilər”.

Aydın görünür ki, bu şəxslərin hamısı haqqında çox aydın xasiyyətnamə yazılıb. Buna görə də onların adlarının qarşısnda hər birinin gələcək fəliyyətini müəyyənləşdirici ifadələr yazılıb.

Rusiyanın bütün postsovet ölkələrində olduğu kimi Azərbaycanda çox geniş casus şəbəkəsinin olduğu yeni məlumat deyil. Ancaq Rusiyanın xüsusi xidmət orqanlarının casus şəbəkəsi ilə bağlı yayılan məlumatlar bu şəbəkədə olan şəxslərin adlarının indi də başqa ölkələrin xüsusi xidmət orqanlarının əlinə keçmə təhlükəsini yaradıb. Bu isə o deməkdir ki, Azərbaycana qarşı olan dövlətlər Rusiyanın Azərbaycandakı casus şəbəkəsini öz təsirinə keçirə və ölkəmizə qarşı istifadə edə bilər. Ona görə də, Azərbaycan dövləti və cəmiyyəti onların aşkar olunaraq zərərsizləşdirməsində maraqlı olmalıdır. Bu işə The Insider-in redaksiyanına adları məlum olan 136 təsir agentinin arasında azərbaycanlı jurnalist və ya blogerin olub-olmadığına aydınlıq gətirməkdən başlamaq olar".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar