Ru
22:41 / 12 Sentyabr 2025

BMT-dən Fələstinə dəstək bəyannaməsi - Azərbaycan da lehinə səs verdi

BMT-dən Fələstinə dəstək bəyannaməsi - Azərbaycan da lehinə səs verdi
Eye

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.

Bakupost.az xəbər verir ki, 142 ölkə sənədin lehinə, 10-u əleyhinə səs verib.

Bəyannamənin lehinə səs verən ölkələr arasında Azərbaycan da var. Ermənistan da eyni mövqeni bölüşüb, Gürcüstan isə səsverməyə qatılmayıb.

Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb. Daha 12 ölkə isə bitərəf qalıb.

Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar