Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.
2013-cü ildə Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.
Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd də olsa da, qalib gələ bilməmişdi.
Onu da əlavə edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyətində rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri-baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı.
Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsiminin icra başçısı təyin edilsə də, işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu.
Huda, ya Quuda? Kremlin özBaşına islahatına təslim etdiyi təkcə AzSSRdə 71ilə ümumxalq-dövlət mülkiyyətinin çox asan yaradılıb-istifadə idarəsinə verildiyi düşünülür? Nə qədər vətəndaş, neçə kolxoz, neçə fabrik-zavod və digər istehsal sexləri, neçə işçiləri vardı? Hazır neçə nüfuzlu vətəndaşımız, müasir elektron sürətli dəqiq-texnoloji milyarder müəssisələrimiz varki, onların yüksək gəlirindən strateji-zəruri dünya keyfiyyətli gündəlik ərzaq-qidamızı belə idxal edirik! Ən mürəkkəb-dəqiq idarə yüksək-zəruri səmərəsi nəzərə alınmasa, bir çimdik toxum və bir kürək torpaq atmaq kimi asan işə oxşadılır. Belə təfərrüat yaradılıb ki, hər hansı kənd, rayon və ya şəhər vergiləri ilə (AXCPçi Tahir Ə. demişkən *Çalış meşok-meşok yığıb çatdırasan ki,) daha müdhiş, uzaq və qlobal tarixi layihələr yaradıcısı olasan! Nəsimi rayonunda neçə ailə məskunlaşıb, onlardan neçəsi öz rayonunda çalışır, neçə nəfər və ya ailə daimi işlə təmin olunmayıb? Baxça və məktəb yaşlıların hamısı öz rayonundamı yerləşdirilibmi? Neçə (yeni) ailənin mənzilə ehtiyacı və uçotu var? Müalicə müəssisələri rayon əhalisinin Sağlamlıq uçotunu və zəruri səhiyyə xidmətini tam təmin edə bilirmi? Təəssüf ki, SSRİ dövründən ölkəmizdə hər vəzifəyə (əslində təsərrüfat üzrə ixtisaslı-texnoloji yönəm üçün yalnız Nəzirlər kabinetinə aid olan) yüzlərlə məhsulundan kolxozun hansısa maraqlı *məhsul* nəticəsi sorulur və tələsik-oper qərar da verilir.