Ru
19:11 / 29 Oktyabr 2025

İsmayılov Gürcüstanda mer vəzifəsinin icrasına başladı

İsmayılov Gürcüstanda mer vəzifəsinin icrasına başladı
Eye

Gürcüstanın Marneuli rayonunun meri Daur İsmayılov bu gündən vəzifəsinin icrasına başlayıb.


Bakupost.az xəbər verir ki, onu meriyanın kollektivinə Kvemo Kartli qubernatoru İlya Calağaniya təqdim edib.

Qubernator yeni merə fəaliyyətində uğurlar arzulayıb və dövlət qurumları arasında koordinasiyalı əməkdaşlığın vacibliyini vurğulayıb.

Daur İsmayılov göstərilən etimada görə hakim komandaya və seçicilərə minnətdarlığını bildirib. O qeyd edib ki, növbəti dörd il üçün əsas məqsəd Marneulinin hərtərəfli inkişafına nail olmaqdır.

Qeyd edək ki, Daur İsmayılov oktyabrın 4-də baş tutmuş bələdiyyə seçkilərində hakim “Gürcü Arzusu” partiyasının namizədi olaraq səs çoxluğu ilə Marneuli meri seçilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar