Ukraynanın Sum vilayətindən 12 uşaqdan ibarət yeni qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında paylaşım edib.
"Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir vurğulayıb.
Qeyd edək ki, sonuncu dəfə 30 uşaq oktyabrın 27-də reabilitasiya məqsədilə Azərbaycana gətirilib.