Ru
22:34 / 29 Oktyabr 2025

Ukrayna bu ölkədəki səfirliyini bağlayır

Ukrayna bu ölkədəki səfirliyini bağlayır
Eye

Ukrayna Kubadakı səfirliyini bağlayır.


Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib:

“Bu il biz qərara gəldik ki, Havanadakı səfirliyimizi bağlayaq və diplomatik münasibətlərimizin səviyyəsini aşağı salaq".

Diplomat həmçinin qeyd edib ki, Ukrayna tərəfi BMT Baş Assambleyasının ABŞ-ın Kubanın blokadasına son qoyulmasının zəruriliyi ilə bağlı qətnaməsinin əleyhinə səs verib.

Oktyabrın 11-də Kuba Xarici İşlər Nazirliyi bəyan edib ki, Kuba hökuməti Ukraynadakı münaqişədə iştirakı ilə bağlı ittihamları rədd edir.

Oktyabrın 8-də Rusiya Federasiya Şurası plenar iclasında Kuba ilə hərbi əməkdaşlıq haqqında hökumətlərarası sazişi ratifikasiya edib. Müvafiq saziş 2025-ci il martın 13-də Havanada, 19-da isə Moskvada imzalanıb .

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar