ABŞ prezidenti Donald Trampın nəvəsi Kay Madison babasının bir ildə aldığı prezident maaşından altı dəfə çox qazanıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Bildirilir ki, 18 yaşlı Kayın sərvəti hazırda 21 milyon dollar civarındadır, Trampın prezident kimi maaşı isə 400 min dollara qədərdir. Qazancının əhəmiyyətli bir hissəsi ailənin fondundan olsa da, o, öz səyləri ilə təxminən 2,5 milyon dollar qazanıb.
Qeyd edək ki, Kay, reklam və model agentlikləri ilə müqavilələri olan influenser və qolf həvəskarıdır. Onun sosial mediada da ciddi izləyicisi var.