Ru
23:47 / 29 Oktyabr 2025

Qrossi BMT Baş katibi vəzifəsinə namizəd olduğunu təsdiqlədi

Qrossi BMT Baş katibi vəzifəsinə namizəd olduğunu təsdiqlədi
Eye

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi BMT Baş katibi vəzifəsinə namizəd olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, Qrossi bu barədə BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərə məlumat verib.

"Mənim BAEA rəhbəri kimi gördüyüm işlər sözlərdən və vədlərdən daha çox danışır", - Agentlik rəhbəri deyib.

Qrossi bildirib ki, BMT-də dəyişiklik ehtiyacı hər kəs tərəfindən qəbul olunur və qurumun hazırkı vəziyyətində bir sıra yeniliklərin, tənzimləmələrin və uyğunlaşmaların zəruri olduğunu düşünür: "Hamımız BMT-yə böyük qayğı göstəririk və indiki məqamda təşkilatın yaxşı vəziyyətdə olmadığını bilirik. Bir çox şey dəyişməli və mövcud şəraitə uyğun inkişaf etməlidir".

O, həmçinin vurğulayıb ki, rəsmi seçki prosesi hələ başlamayıb və bununla bağlı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qərarları gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar