Ru
22:17 / 29 Oktyabr 2025

Yaponiya Rusiyadan qaz idxalından imtina etməyəcək

Yaponiya Rusiyadan qaz idxalından imtina etməyəcək
Eye

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampa bildirib ki, Rusiyadan maye qaz idxalına embarqo tətbiq etmək onun ölkəsinə çətin olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti Yaponiya hökumətindəki mənbələrə istinadla yazıb.

Materialda bildirilir ki, Tramp və Takaiçi oktyabrın 28-də görüşərkən bu məsələni də müzakirə ediblər. Görüşdə ABŞ lideri Tokionun Rusiyanın "Saxalin-1" və "Saxalin-2" layihələrində iştirakı məsələsinə toxunaraq, onu "Böyük Yeddilik" (G7) ölkələrinin Rusiya rəhbərliyinə təzyiqi artırmaq üçün Rusiyadan qaz idxalını qadağan etmək səylərinə qoşulmağa çağırıb.

Takaiçi bildirib ki, Yaponiya idxal etdiyi maye qazın təxminən 9%-ni Rusiyadan alır və o, Rusiya qazından imtinanın ölkəsinin enerji təchizatının sabitliyinə ciddi zərər vuracağını düşünür.

"Əgər Yaponiya Saxalindəki layihələrdə iştirakdan imtina etsə, bu, yalnız Çin və Rusiyanı sevindirəcək", - deyə o vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar