ABŞ Prezidenti Donald Tramp 1945-ci ildə ABŞ tərəfindən Hiroşima və Naqasakiyə atılan atom bombası hadisəsini “kiçik münaqişə” kimi qiymətləndirib.
Bakupost.az xəbər verir ki, bu barədə rusiyanın “Kommersant” nəşri məlumat yayıb.
Tramp bildirib ki, İkinci Dünya müharibəsinin başa çatmasından 80 il keçməsinə baxmayaraq, ABŞ və Yaponiya arasında münasibətlər bu gün dostluq və etibara əsaslanır:
“Yaponiya ilə aramızda kiçik bir münaqişə olmuşdu. Yəqin ki, bu barədə eşitmisiniz. Amma həmin dəhşətli hadisələrdən sonra belə, ölkələrimiz səmimi dost və tərəfdaş olaraq qalmaqdadır. Belə münasibətlərə yalnız həsəd aparmaq olar”.
Xatırladaq ki, ABŞ Prezidenti bu fikirləri Yaponiyanın Yokosuka şəhərində yerləşən ABŞ hərbi bazasında çıxışı zamanı səsləndirib. O həmçinin Amerikanın hərbi qüvvələrinin “dünyanın ən güclüsü” olduğunu da vurğulayıb.