Ru
21:44 / 29 Oktyabr 2025

Binədə yol PROBLEMİ: "Nə taksi gəlir, nə də təcili yardım..." - VİDEO

Binədə yol PROBLEMİ: "Nə taksi gəlir, nə də təcili yardım..." - VİDEO
Eye

Binə qəsəbəsi, 179-cu küçə adlanan ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.

Bakupost.az xəbər verir ki, sakinlərdən biri yaşayış məntəqəsinə yollardakı vəziyyətlə bağlı nə taksi, nə də təcili yardım gələ bildiyindən şikayətlənib.

"Dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Deyirlər ki, bizlik deyil. Bizim əks-küçəyə asfalt çəkilib. Bir bu yol qalıb", - deyə digər sakin qeyd edib.

Xəzər Rayon İcra Hakimiyyətindən Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunanlarla əlaqədar Binə qəsəbəsi, 179-cu küçəsi də daxil olmaqla qəsəbə ərazisində istismara yararsız yolların əsaslı təmiri və yenidənqurulması işlərinin dövlət investisiya proqramına əlavə olunması üçün müvafiq məlumatlar hazırlanıb və 15 aprel 2025-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib.

Daha ətraflı videomaterialda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar