Ru
21:28 / 29 Oktyabr 2025

AYNA vergi borcunu vaxtında ödəməyən iş adamını qalib elan etdi

AYNA vergi borcunu vaxtında ödəməyən iş adamını qalib elan etdi
Eye

Bakıda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Azadlıq prospekti" metrostansiyası ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili və "Elmlər Akademiyası" metrostansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib.

Bakupost.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, 71 və 206 nömrəli marşrutlar üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC qalib elan olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Xaliq Faiqoğlu” MMC (VÖEN – 1000947231) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Seyidov Sadıq Faiq oğludur.

Onu da qeyd edək ki, Seyidov Sadıq Faiq oğlunun rəhbərlik etdiyi digər şirkət – “Xaliq Faiqoğlu Şirkəti” MMC (VÖEN – 1003285511) 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında həmin şirkət “passiv” vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin dövlət büdcəsinə vaxtında ödənilməyən 40 min 491 manat 81 qəpik vergi borcu var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar