Biz Ukraynaya silah satmayacağıq, lakin humanitar dəstəyi davam etdirəcəyik.
Bakupost.az Times of İsrael-ə istinadla bildirir ki, bunu İsrailin Müdafiə naziri Benni Qantz bildirib.
Bundan əlavə, Qantz diasporla iş üzrə nazir Naçman Şeyin Kiyevə silah verilməsini tələb edən bəyanatını da şərh edib.
“Əgər Naçman Şai bizim Ukraynaya silah satdığımızı və ya satacağımızı iddia edirsə, deməli yanılır. Müdafiə naziir mənəm və İsraildən silah ixracına görə mən məsuliyyət daşıyıram”, - nazir deyib.
Qeyd edək ki, bundan əvvəl İsrailin keçmiş baş naziri və əsas müxalif Likud partiyasının lideri Benyamin Netanyahu Ukraynaya silah tədarükünün əleyhinə çıxış edib. Onun fikrincə, gələcəkdə onun İrana keçə biləcəyi və İsrailin özünə qarşı istifadə olunacağı riski var.
Fərid
Baku Post