Ru
16:57 / 23 Aprel 2026

Sürücülərin nəzərinə - Bu hallarda sığorta üçün əlavə ödəniş tələb ediləcək

Sürücülərin nəzərinə - Bu hallarda sığorta üçün əlavə ödəniş  tələb ediləcək
Eye

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nda dəyişikliklər edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara əsasən, qüvvədə olan Bonus-Malus sistemi ləğv edilir. Bunun əvəzində isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq edilir.

Bəs sığorta tarixçəsi sığorta haqlarında hansı dəyişikliklərə yol açacaq?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov yeni qaydalara əsasən əvvəlki Bonus-Malus sığorta tarixçəsi ilə əvəzlənəcəyini deyib:

“Bu o deməkdir ki, vətəndaş avtomobilini sığortalayan zamanı onun sığorta tarixçəsinə baxılacaq. Əgər avtomobil sahibi il ərzində hər hansı bir hadisə törətməyibsə, o zaman 5 faizlik güzəşt əldə edəcək. Yox, əgər ötən bir ildə qəza törədibsə o zaman 30 faiz əlavə ödəniş etməli olacaq.

Daha əvvəlki zamanlarda sığorta müqaviləsi bağlanan zaman müqavilə kimin adına idisə, onun sığorta haqqı qalxırdı. Yeni qaydalara əsasən bundan sonra sığorta müqaviləsi kimin adına olmasından asılı olmayaraq hadisəni törədən şəxsin də sığorta haqqı qalxacaq. Üstəlik, yeni sığorta müqaviləsi bağlanan zaman avtomobilin neçə nəfərin idarə edilməsinə etibarnaməsi varsa onların arasındakı ən yüksək risqli sürücü əmsalı əsas götürüləcək. Yeni qaydalar 2 aydan sonra tətbiq ediləcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar