Ru
16:21 / 23 Aprel 2026

Tanzaniyada seçki faciəsi: 500-dən çox adam öldürülüb

Tanzaniyada seçki faciəsi: 500-dən çox adam öldürülüb
Eye

Tanzaniyada keçən ilki seçkilərdən sonra baş tutan etiraz aksiyalarında ümumilikdə 518 nəfərin öldüyü açıqlanıb.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı yaradılan komissiyanın sədri Mohamed Çande Osman yeni hesabat yayıb. Ancaq o, ölümlərə görə kimin məsuliyyət daşıdığını açıqlamayıb və əlavə araşdırmaların aparılmasına ehtiyac duyulduğunu vurğulayıb.

Müxalifət isə iddia edir ki, komissiya prezident tərəfindən təyin edilən şəxslərdən ibarətdir və buna görə ədalətli araşdırma apara bilməz.

Onlar etiraz aksiyalarına qatılanların yeni prezidentin tapşırığı ilə öldürüldüyünə inanırlar.

98% səslə qalib elan edilən xanım prezident Samia Suluhu Hassan isə bu iddialarla qətiyyən razılaşmır. O, seçkilərin ədalətli və şəffaf keçdiyini bildirir, ölümlərə görə xarici qüvvələri günahlandırır. Prezidentin sözlərinə görə, bu güclər onu devirmək üçün ölkə daxilində qırğınlar törətməklə xaos yartmağa çalışırlar.

Əsmər Şahməmmədova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar