Ru
23:19 / 05 Sentyabr 2025

İsraillə müharibə ehtimalı çox yüksəkdir - İran

İsraillə müharibə ehtimalı çox yüksəkdir - İran
Eye

"Tehran bölgədə yeni müharibənin qarşısını almağa çalışır, lakin İranla İsrail arasında hərbi toqquşma ehtimalı çox yüksək olaraq qalır".


Bakupost.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib.

O, əlavə edib ki, İrana qarşı aparılan müharibə nüvə məsələsində vəziyyəti dəyişdirib və Beynəlxalq Atom Enerjisi Agentliyi ölkənin nüvə obyektlərinə dəstək verə bilməyib.

Habelə İsraillə 12 günlük müharibənin gedişindən danışan Xətibzadə qeyd edib ki, toqquşmanın əvvəlində İran generallarının öldürülməsi səbəbindən ölkədə təhlükəsizlik problemi yaranıb, lakin qısa müddət sonra vəziyyətə nəzarət bərpa edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar