Avropa Komissiyası (AK) Quql korporasiyasına AB-nin reklam bazarında yol verdiyi sui-istifadələrə görə 2,95 milyard avro məbləğində cərimə edib.
Bakupost.az xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.
“Komissiya Quqlun mal və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarında dominant mövqeyindən sistemli şəkildə sui-istifadə etməsi ilə əlaqədar 2,95 milyard avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib”, - məlumatda deyilir.
Qeyd edək ki, Quql ilə bağlı təhqiqat 2023-cü ildən davam edir.