Ru
19:28 / 05 Sentyabr 2025

"Qarabağ"ın oyunları BOS-da keçiriləcək? – Rəsmi

"Qarabağ"ın oyunları BOS-da keçiriləcək? – Rəsmi
Eye

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhəsindəki heç bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməyəcək.


Bakupost.az Sportnet.az-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda həmin stadionun ot örtüyü yoxdur.

T.Gözəl bütün qarşılaşmaların Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağını diqqətə çatdırıb.

O, Liqa mərhələsindəki hər bir rəqiblə oyunların maraqlı olacağını dilə gətirib:

"İngiltərənin "Çelsi" və "Liverpul" kimi komandalarına qarşı oynayacağıq. Portuqaliya klubları ilə oynamaq mənə ləzzət verir.

"Napoli" də İtaliya üçün əzilmiş xalqın savaş simvoludur. Belə bir klubun "Qarabağ"la oynaması çox böyük bayramdır. Xaricdə bunu biləndə məni qucaqlayırlar. Artıq bizi sevir, qəbul edir, sevinirlər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar