Ru
20:03 / 05 Sentyabr 2025

Britaniyada kral ailəsinin ƏN YAŞLI ÜZVÜ vəfat etdi

Britaniyada kral ailəsinin ƏN YAŞLI ÜZVÜ vəfat etdi
Eye

Böyük Britaniyada II Yelizavetanın gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə BBC Bukingem sarayının bəyanatına istinadən məlumat yayıb.

"Bukingem sarayı dərin hüznlə ülyahəzrət Kent hersoginyasının vəfat etdiyini elan edir", - sarayın rəsmi bəyanatında bildirilir.

Qeyd olunur ki, Kent hersoginyası sentyabrın 5-nə keçən gecə ailəsinin əhatəsində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

Hersoginya Ketrin kral ailəsinin ən yaşlı üzvü idi. Həyatı boyu Ketrin musiqi həvəskarı olub. O, Hulldakı ibtidai məktəbdə musiqi dərsi deyib, burada şagirdlər onun kral ailəsinin üzvü olduğu haqqında heç nə bilməyiblər. Uşaqlar onu "missis Kent" kimi tanıyıblar. Hersoginya musiqi xeyriyyə təşkilatlarına da dəstək verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar