Yaponiya tarif dərəcələrini azaltmaq üçün (əvvəl 25% olan tarifini aşağı salmaq məqsədilə) prezident Donald Trampa 550 milyard dollar ödəyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu məbləği Tramp özü Amerikanın müxtəlif sahələrinə investisiya etmək üçün istifadə edə bilər.
"Əgər düşünək, bu, onun prezidentliyi dövründə illik ÜDM-in yarım faiz artımına bərabərdir. Yaponiya tərəfindən Trampa verilən bu vəsait Amerikanın milli və iqtisadi təhlükəsizliyi naminə inşaat sahələrinə sərf olunacaq. Donald Tramp üçün işləmək böyük zövqdür. Bu saziş sadəcə inanılmazdır", - deyə nazir bildirib.