Ru
18:36 / 05 Sentyabr 2025

Qazaxıstan Rusiyadan üz döndərir: Bu ölkə ilə 70 müqavilə İMZALADI

Qazaxıstan Rusiyadan üz döndərir: Bu ölkə ilə 70 müqavilə İMZALADI
Eye

Qazaxıstan Çinlə əməkdaşlığı gücləndirərək 70-dən çox müqavilə imzalayıb. Bu addım Moskvadan asılılığı azaltmaq niyyətini ortaya qoyur.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Xarici Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, imzalanan kommersiya müqavilələrinin ümumi dəyəri 15 milyard dolları ötür.

Sənəd enerji, nəqliyyat, metallurgiya, kənd təsərrüfatı və yüksək texnologiya sahələrini əhatə edir.

Əsas diqqət Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına yönəlib. Bu marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ilə birləşdirir.

Gələcəkdə daşımaların həcminin 2–3 milyon tondan 10 milyon tona çatdırılması planlaşdırılır.

Enerji sektorunda Çin şirkətləri bərpa olunan enerji layihələrinə, yeni istilik elektrik stansiyasının tikintisinə cəlb olunacaq, CNPC isə Çimkənd Neft Emalı Zavodunun modernləşdirilməsinə kömək edəcək. Sənayedə avtomobil zavodları və metallurgiya layihələrinin işə salınması planlaşdırılır. Kənd təsərrüfatı sahəsində isə "Dalian Group" və "Fufeng Group" milyonlarla dollarlıq sərmayələr qoyacaq.

Kəşfiyyat xidməti vurğulayıb ki, Pekin və Astana arasındakı əməkdaşlığın genişlənməsi Çinin Mərkəzi Asiyada artan rolunu göstərir və Qazaxıstanın Rusiya marşrutlarından asılılığını azaldır.

Qeyd edək ki, Çinin sədri Si Cinpin yayın əvvəlində Qazaxıstana səfər edib.

"Bloomberg"in məlumatına görə, bu səfər Rusiyanın zəifləməsi fonunda Çinin regiondakı təsirini artırmaq məqsədini daşıyırdı. Bu, həmçinin Vaşinqtonla münasibətlər gərginləşərsə, iqtisadi sabitliyi təmin etmək üçün strategiya kimi qiymətləndirilir.

Si Cinpinin Qazaxıstana səfəri artıq üçüncü olub, bu da ölkənin Çinin xarici siyasətində xüsusi əhəmiyyətini göstərir.

Ötən ay isə Ukrayna və Qazaxıstan liderləri təhlükəsizliyi və uzunmüddətli sülh məsələlərini müzakirə ediblər. Ukrayna prezidenti Volodimir Zelenski Qazaxıstan prezidenti ilə “yaxşı və mənalı” söhbət apardığını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar