Bakıda yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən iki şəxsdən birini avtomobil vurub.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 4-də Nərimanov rayonu, Qafur Murad küçəsində saat 13:00-da qeydə alınıb.
Hadisədən sonra xanımın yanında olan şəxs sürücüyə hücum çəkib və onu döyüb.
Hadisə ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, "Toyota" markalı avtomobilin sürücüsü piyadanı vurub.
"Hadisə zamanı sürücü ilə piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranıb. Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir", - deyə C.Qənbərli bildirib.