Rusiya və Ukrayna arasında bufer zonasında NATO-ya daxil olmayan ölkələrin qoşunları yerləşdirilə bilər.
Bakupost.az “NBC News”-a istinadən xəbər verir ki, bu kontingent Səudiyyə Ərəbistanı və ya Banqladeş hərbçiləri ola bilər. Bufer zonanın sərhədləri isə hələ müəyyən edilməyib.
Məqalədə bildirilir ki, bu plan Rusiya və ABŞ prezidentlərinin Alyaskadakı görüşündən sonra hazırlanıb. Hazırda bu məsələ ABŞ və Ukraynanın Avropadakı müttəfiqlərinin hərbi nümayəndələri arasında müzakirə olunur.
Həmçinin qeyd olunur ki, Vaşinqton atəşkəsin monitorinqində aparıcı rolu öz üzərinə götürməyə hazırdır. Bunun üçün pilotsuz uçuş aparatları, peyklər və digər kəşfiyyat vasitələri istifadə olunacaq.
Bundan əvvəl bir sıra ölkələr bəyan etmişdi ki, münaqişə başa çatdıqdan sonra belə, öz hərbçilərini Ukraynaya göndərməyə hazır deyillər. Bu ölkələr arasında İtaliya, Yaponiya və Polşa da var.
Aysel,
Bakupost