Ru
16:45 / 05 Sentyabr 2025

Tanınmış aktrisa narkotiklə tutuldu - VİDEO

Tanınmış aktrisa narkotiklə tutuldu - VİDEO
Eye

Rusiyalı aktrisa Aqlaya Tarasova Domodedovo hava limanında narkotik vasitə ilə saxlanılıb. Onun elektron siqaretində həşiş yağı aşkarlanıb.

Bakupost.az xəbər verir ki, məlumatı "Mash" yayıb.

Məlumata görə, aktrisa bir neçə gün əvvəl İsraildən gələrkən saxlanılıb və ona narkotik vasitələrin qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. Tezliklə ona qarşı həbs-qətimkan tədbiri seçiləcək.

Aqlaya Tarasovanın anası Kseniya Rappoportunun rəsmi saytında isə hazırda narkotik ticarəti ilə bağlı elanlar yerləşdirilib. Saytın domeni San-Fransiskoda qeydiyyatdan keçib və Rusiyada bloklanıb. Bir vaxtlar bu ünvan aktrisaya məxsus olub, lakin domen vaxtında yenilənmədiyindən indi səhifə qeyri-qanuni fəaliyyət üçün istifadə olunur.

Aktrisanın sevgilisi Anton Filipenko bildirib ki, sonuncu dəfə Aqlaya ilə iki gün əvvəl danışıb. O, saxlanılmadan xəbərdardır və hazırda polis bölməsinə getməyi planlaşdırır.

Saxlanılmazdan əvvəl Aqlaya Tarasova Maldiv adalarında, sonra Avropada, daha sonra isə İsraildə olub. Ancaq sevgilisi Tarasovanın qeyri-qanuni narkotik vasitələrdən istifadə etməsi barədə heç nə bilmədiyini deyib.

Aqlaya Tarasovaın 3 ildən 7 ilədək həbs və bir milyon rubla qədər cərimə cəzası gözləyir.

Aktrisanın üzərində 0,4 qram həşiş yağı olub ki, bu, əhəmiyyətli miqdar hesab edilir.

Hazırda istintaqçılar Aqlaya Tarasovanın ev dustaqlığına buraxılmasını tələb edir. Aktrisa Domodedovo məhkəməsinə aparılır, qərar orada veriləcək. Veyp analiz üçün laboratoriyaya göndərildiyindən, aktrisa həftə ərzində həbs edilməyib.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar