“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsi oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayıb.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, klub rəsmisi bunun maliyyə ilə bağlı olduğunu bildirib.
“Bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Heyətdəki futbolçulara bu dəqiqə on beş milyon təklif gəlsə, buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir.
Mən Musama, Nərimanıma inanıram. Toral Boyramovun ötən il “Budo-Qlimt”ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının “Ferentsvaroş”a meydana girən kimi vurduğu qol da mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik” - Tahir Gözəl deyib.
Qeyd edək ki, "Qarabağ" Andre Klovis Olavio Juninyo və Sambo Sumano kimi oyunçularla danışıqlar aparsa da, transferlər baş tutmayıb.