Ru
18:08 / 05 Sentyabr 2025

Makron 3-cü Dünya müharibəsini başlatmaqda ittiham edildi

Makron 3-cü Dünya müharibəsini başlatmaqda ittiham edildi
Eye

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifi üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Ayağa qalx, Fransa" partiyasının lideri Nikola Düpon-Enyan "X" sosial şəbəkəsindəki hesabında yazıb.

O, Makronun Fransanın Ukraynaya qoşun yeritmək və onmilyardlarla avronu sonsuz münaqişəyə sərf etmək niyyəti ilə bağlı bəyanatının dünya müharibəsinə səbəb ola biləcək ehtiyatsız təxribat olduğunu qeyd edib və bu qərardan narahatlığını bildirib.

Sentyabrın 4-də Parisdə "İstəklilər koalisiyası"nın görüşündən sonra Makron bildirib ki, 26 ölkə hərbi münaqişənin başa çatmasından sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə söz verib. O, beynəlxalq qüvvələrin quruda, dənizdə və havada mövcudluğunu ehtiva edəcəyini qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar