Xocavənd rayonunun Güneyxırman kəndində ümumi sahəsi 33 155,1 kvadratmetr olan 197 fərdi yaşayış evi təmir olunacaq.
Bakupost.az xəbər verir ki, sözügedən işlərlə əlaqədar Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi "GM Construction" MMC ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən "GM Construction" MMC görəcəyi təmir işlərinin qarşılığında 11 milyon 571 min 129 manat alacaq.
Müvafiq işlərin görülməsinə ötən ayın 22-dən start verilib, gələn ilin yanvar ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, "GM Construction" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nəzərli Hafiz Akif oğludur.