Ru
22:43 / 05 Sentyabr 2025

Tramp Ukrayna ilə bağlı bu məhdudiyyətləri ləğv edə bilər

Tramp Ukrayna ilə bağlı bu məhdudiyyətləri ləğv edə bilər
Eye

ABŞ prezidenti Donald Tramp 38 illik silahlara nəzarət müqaviləsinə birtərəfli qaydada yenidən baxmağa hazırlaşır. Bu isə xüsusilə də “MQ-9 Reaper” kimi müasir dronların və digər qabaqcıl modellərin digər ölkələrə satışına imkan verəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat verib.

Məlumatda qeyd edilir ki, Tramp Səudiyyə Ərəbistanına 100-dən çox “Reaper” pilotsuz uçan aparatı satmaq istəyir. Krallığın bu dronları 2025-ci ilin yazında tələb etdiyi bildirilir.

Mənbələrin dediyinə görə, bu addım 142 milyard dollarlıq silah müqaviləsinin bir hissəsi ola bilər. ABŞ-ın Sakit okean və Avropadakı müttəfiqlərinin də bu cür silahlara maraq göstərdiyi bildirilir.

Tramp administrasiyasının məsələni müzakirəyə çıxarması, Vaşinqtona uzun müddətdir ki, Amerika pilotsuz uçan aparatlarına həvəs göstərən BƏƏ və Şərqi Avropa ölkələrinə pilotsuz təyyarələr satmağa imkan verəcək.

Yeni siyasət ağır pilotsuz təyyarələr istehsal edən “General Atomics”, Kratos (KTOS.O) və Anduril şirkətlərinə öz məhsullarını Dövlət Departamentində xarici hərbi satışlar kimi qeydiyyatdan keçirməyə imkan verəcək və ixrac prosedurlarını sadələşdirəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar