Daşkəsən rayonuna, o cümlədən Alaxançallı kəndi ərazisinə qısamüddətli leysan xarakterli yağış yağıb. Kənddən keçən Gəncə çayında su çoxalıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Report"a rayonun Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramov bildirib.
O bildirib ki, kənddən keçən Gəncə çayında su çoxalıb, hazırda hər hansı təhlükəli vəziyyət müşahidə olunmur:
"İntensiv yağış fəsad törətməyib. Ərazidə həyat normal axarında davam edir".