Ru
10:23 / 22 İyun 2017

Jurnalist Kamran Mahmudov saxlanıldı

Jurnalist Kamran Mahmudov saxlanıldı
Eye


Jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanılıb.

 

BakuPost.az xəbər verir ki, bu barədə vəkil Cavid Rzazadə məlumat yayıb. O bildirib ki, K. Mahmudov Qazax Rayon Polis İdarəsinə aparılıb: "Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır”.



Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb: "Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı”.



BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar