Əfqanıstanın paytaxtı Kabilin ən böyük ticarət ərazilərindən biri olan Şəhr-e-Nav-da güclü partlayış baş verib.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ətraf ərazilərdə ciddi dağıntılar qeydə alınıb.
İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və xeyli adam yaralanıb.
Məlumatı Əfqanıstan Daxili İşlər Nazirliyi də təsdiqləyib:
"Detallar daha sonra açıqlanacaq”, - deyə nazirliyin sözçüsü Əbdül Mətin Qani bildirib.
Yerli KİV-in yaydığı məlumatlara görə, hadisənin terror aktı olması istisna edilmir. Ehtimallara görə, bu, kamikadze hücumu da ola bilər.
Yasəmən,
BakuPost