Mingəçevirdə avtobus sürücüsü döyülüb.
Bakupost.az xəbər verir ki, hadisə 12 saylı şəhər daxili avtobus marşurutunda baş verib. Sürücü Rəşad Musayev mübahisə zəmnində döyülərək xəsarət alıb. Əldə olunan ilkin məlumata görə, mübahisəyə səbəb sürücünün vaxtında avtobusu saxlamaması olub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda faktla bağlı araşdırmalar davam etdirilir.